14 Oktyabr 2022 12:01
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər gün sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı şəkilləri, videoları izləyirik. Həyatda qalmaq üçün yardım istəyirlər. Onu da bilirik ki, bu məsələ lotereya kimidir, çoxunda alınmır. Toplanan pullar, bəzən fırıldaqçıların da əlinə keçir”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, yüzlərlə vətəndaş müraciət edir ki, onları televiziyalarda gedən verilişlərə çıxaraq:

“Televiziyalarda yayımlanan populyar verilişlərə çıxmaq da tanışlıqladır. Təklif edirəm ki, ASAN Xidmətin, digər bir dövlət qurumunun, yaxud bir ictimai təşkilatın nəzdində elektron ödəmə tətbiqi və internet resursu yaradılsın. Belə təcrübəmiz də var. Məsələn, “Yaşat” fondu. Xalqımız yardımsevərdir. Kömək etmək istəyən çoxdur, lakin “amma”sı var. İnsanlar bilmək istəyir ki, verdikləri vəsait doğurdan da, konkret xəstəyə xərclənir, yoxsa?.. insanlar bilmək istəyir ki, sistem şəffafdırmı?.. İstəyir ki, asan yollarla, oturduğu yerdə, əlində və evində olan mümkün vasitələrlə pul köçürsün və nəticəsini izləyə bilsin”.

Hər kəs bir manat köçürsə, on milyonlarla vəsait toplanar və yüzlərlə təkrarlanan mürəciətləri həll edə bilərik. Biz bu tətbiqlə insanlarda bir manat köçürmək mədəniyyəti və o bir manatın insan həyatını xilas etməsi inamını yarada bilərik. İanıram ki, tez bir zamanda bu xidməti yarada bilsək, ölkədə minlərlə xəstəni xaricdə müalicəyə göndərə bilərik. Həm də dövlətin üzərində olan yükü də azaltmış olarıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər