16 Oktyabr 2022 15:58
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasda TDT-nin gündəliyində duran prioritet məsələlərlə yanaşı, bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə olunacaq.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər