17 Oktyabr 2022 14:50
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhlükəsizlik və rifah üçün birlikdə addım atacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

O, toplantının gündəliyinin zəngin olduğunu deyib: “Əsas işimiz Səmərqənd zirvəsinə hazırlıq idi. Bu gün türk dünyası qlobal geosiyasətin mərkəzindədir. Türk dünyası Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirir”.

M.Çavuşoğlunun sözlərinə görə, iclasda həm də regiondakı durum barədə fikir mübadiləsi olub: “Ukraynadakı, Qafqazlardakı durum barədə danışdıq. Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Cənubi Qafqazdakı vəziyyət barədə müzakirə apardıq”.

***

11:37

İstanbulun Dolmabahçe Sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda iştirak edir.

İclasa həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri qatılıb.

Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçıları da toplantıda iştirak edirlər.

Görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır.

İclası Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıb. O deyib ki, qlobal sabitliyi təmin etməkdə türk dünyasının rolu artıb. Onun sözlərinə görə, Ukraynadakı müharibə hər kəsə təsir edir: “Biz də türk dünyası olaraq bu hadisələrdən, o cümlədən enerji böhranından təsirlənirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər