Bakıda qadının azyaşlı uşaqla birgə küçədəki açıq sahədə və məişət tullantılarının olduğu yerdə gecələməsini əks etdirən görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərin paytaxtın Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında lentə alındığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Teleqraf.com-a bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar: “Həmin şəxs müəyyən edilib, barəsində qanunamüvafiq tədbirin görülməsi təmin olunacaq”.