“Deputat seçildiyim ərazidə fəaliyyət göstərən orta məktəblərdəki siniflərdə 40-42 şagird təhsil alır. Hesab edirəm ki, həmkarlarımın seçildiyi dairələrdə də vəziyyət eynidir. Bu barədə düşünmək lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Rauf Əliyev deyib.
Deputat bu problemi yoluna qoymağı vacib sayıb: “Mən hesab edirəm ki, Elm və Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə müracət edilsin. Müvafiq dövlət proqramı tutulsun. Məktəblərdə əlavə korpuslar tikilsin və beləcə məktəbdə siniflərdəki şagird sıxlıqları aradan qaldırılsın”.