“Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə Zəngilan beynəlxalq hava limanının açılmasının mühüm əhəmiyyəti var”.
Teleqraf.com bildirir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, bu, regionun çərçivəsindən çıxmış daha böyük layihə hesab olunmalıdır:
“Dünyada gedən enerji, qida problemi prosesləri fonunda bu layihələrin reallaşması qida problemləri ilə bağlı öz töhfəsini verəcək. Azərbaycanın açar rolunu oynayan bölgəsini məhz bu cür layihələr möhkəmləndirir. Bu layihə Şərqi və Cənubi Avropanı da Azərbaycanla birləşdirəcək. Bu bir daha göstərir ki, Azərbacan logistika ölkəsinə çevrilir. Zəngəzur dəhlizinin açılması ilə bu layihənin önəmi möhkəmlənəcək”.