Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaretlər aşkar edilərək götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Məlumata görə, Bakı şəhərində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57 560 ədəd, ümumilikdə 2 fakt üzrə 92 960 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.