2023-cü ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsinə 5,3 milyard vəsait nəzərdə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilib.
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.