Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Teleqraf.com-un məlumatına görə, AYB sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, budəfəki qurultayı 44 günlük müharibədə qalib ölkənin ədəbiyyat nümayəndələri olaraq qeyd etməkdəyik.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin qurultay nümayəndələrinə təbrik məktubuni səsləndirib.
Prezidentin təbrik məktubu qurultay nümayəndələri tərəfindən alqışlarla qarşılanıb.
Ardınca AYB-nin üzvü, ötən gün AMEA-nın prezidenti seçilən İsa Həbibbəyli ilk məruzə edən şəxs kimi tribunaya yaxınlaşıb.