26 Oktyabr 2022 16:49
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni dövlət qeydiyyatına alınmış 76 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 493 təşkil edib.

Onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər