28 Oktyabr 2022 00:10
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın 44 günlük Vətən müharibəsi dövründə, oktyabrın 28-də humanitar atəşkəs rejimini pozaraq dinc sakinləri və mülki obyektləri raket atəşinə tutmaqda davam edib.

Teleqraf.com xəbər verir ki, Ermənistan oktyabrın 28-də saat 10:15-də “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhəri və rayonunun ərazisi atəşə tutulub.

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə ərzində erməni hərbi birləşmələri tərəfindən təkcə Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb.

Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə xeyli ziyan dəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər