28 Oktyabr 2022 16:10
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seksual xarakterli məqsədlərlə uşaqları təqib edənləri 3 ilədək həbs cəzası gözləyəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 171.2-ci (Seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsi) maddəsinə dəyişiklik təklif olunur.

Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmış şəxs tərəfindən on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli hərəkətlər etmək və ya uşaq pornoqrafiyasının istehsalı məqsədilə həmin şəxsin on dörd yaşına çatmadığını bilə-bilə ona informasiya və kommunikasiya texnologiyaları vasitəsilə görüş təklif etməklə bu görüşün baş verməsi üçün praktiki hərəkətlər edildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər