11 Dekabr 2014 04:13
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan paytaxtındakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Borçalı İrəli İctimai Birliyinin (BİİB) və muzeyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov açaraq Heydər Əliyevin Azərbaycan müstəqilliyi və azərbaycançılıq ideyaları uğrunda mübarizəsindən söhbət açıb.

Tədbirdə Tiflis Texniki Universitetin professoru, akademik Quram Qvenadze, professorlar David Qununaşvili, İvane Ocaidze çıxış edərək Gürcüstan-Azərbaycan dostluğundan, Heydər Əliyevin Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində olan rolundan, onun müstəqil Azərbaycan siyasətindən, Gürcüstandan keçən beynəlxalq layihələrdən və Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrilməsindən danışıblar.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və kitablar nümayiş olunub. Anım gününə həsr olunan tədbirdə Tiflisdə fəaliyyət göstərən müxtəlif universitetlərin gürcü və azərbaycanlı tələbələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, media nümayəndələri iştirak edib.


Müəllif: