5 Noyabr 2022 12:28
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son zamanlar Naxçıvan Muxtar Respublikasının statusu məsələsini ortaya atıblar, bunu müzakirə edirlər. Azərbaycan Prezidenti Zəngəzur dəhlizi, sülh sazişi, sərhədlərin müəyyən edilməsi istiqamətində iş apardığı halda heç bunu etməyin yeridir? Bunu edənlər Ermənistan və Fransanın dəyirmanına su tökənlərdir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, 1921-ci il Qars müqaviləsi ilə Naxçıvanın statusu müəyyən edilib:

"Bir tərəfdən İran, digər tərəfdən Ermənistan, Türkiyə ilə cəmi 11 kilometr sərhədi olan Naxçıvanın statusunu götürməklə nə istəyirlər? Bu nə milli, nə də etnik statusdur, siyasi statusdur. Dünyada çox az-az belə stasusa malik yerlər mövcuddur. İndi hər şey qurtarıb, qalıb Naxçıvanın statusu?..”.

Deputat daha sonra illər əvvəli xatırladığını bildirib: “Mən xatırlayıram, ümumilli lider Naxçıvanda olan AXC-Müsavat cütlüyü Naxçıvanın statusu məsələsini qaldıraraq onu ermənilərə təslim etməyə nail olmağa çalışırdı. Amma ümumilli lider buna imkan vermədi”.

Novruzov əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının statusu məsələsi qanunla referendumla həll oluna bilər: “Referendum qərarını Prezident verə, eləcə də əhalinin müəyyən hissəsinin təşəbbüsü ilə ola bilər. Digər tərəfdən, beynəlxalq müqavilə yerli qanunlardan üstündür. Neçə illərdir blokada şəraitində yaşayan və inkişaf edən Naxçıvana qarşı aparılan təxribat xarakterli təbliğata son qoyulsun. Suyu bulandırmasınlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər