9 Noyabr 2022 14:48
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi sahibkarlarla növbəti görüşü Yevlax rayonunda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla Yevlax rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. "Səyyar qəbul otağı" noyabr 11-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər