“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək.