Milli Məclisin iclası spiker Sahibə Qafarovanın təşəbbüsü ilə daha bir saat uzadılıb.
Teleqraf.com xəbər verir ki, iclasda 50 deputat çıxış edib, daha sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Hazırda deputatlar “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.