25 Noyabr 2022 11:35
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələn il üçün dövlət büdcəsində səhiyyə xərcləri 1,9 milyard manat nəzərdə tutulub. Bu, ötən illə müqayisədə 14 faiz çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən toplantısında deputat Elşad Mirbəşir deyib.

O, güzəştli müalicə tələb edən xəstəliklərə diqqət ayrılmasını vacib sayıb:

“Bizim ölkəmizdə 28 uşaqda SMA (Spinomuskular atrofiya) xəstəliyi mövcuddur. Onların müalicəsi olduqca bahalıdır və valideynlər ciddi problemlə üzləşir. Hökumət üzvlərinin buna diqqət ayırmasını xahiş edirəm. Bu xəstəlikdə bir inyeksiya üçün 2 milyon dollar tələb olunur. Hesab edirəm ki, hökumət bu xəstəliklə bağlı addım ata bilər. Onların sayı elə də çox deyil”.


Müəllif: Nemət

Oxşar xəbərlər