Parlament “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi” haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Komitə sədri deyib ki, 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6,2 milyard manat proqnozlaşdırılır.
Bu, cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur.
2023-cü ildə isə 422 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Deputat Fazil Mustafa deyib ki, onlar pensiya yaşının aşağı salınmasını təklif edəndə bunu populizm adlandırırlar: “Olsun. Pensiya almadan, 65 yaşına çatmadan vəfat edən insanların fondda topladığı maliyyə var.
İkincisi, pensiya alanların çoxu aldığını dərmanlara verir. Biz uşaqpulu məsələsini birdəfəlik yoluna qoya bilmiriksə heç olmasa doğulanda və öləndə insana dəyər verilməsinə çalışmalıyıq. Hazırda doğulanda və öləndə 300 manat verilməsi nəzərdə tutulur. Bu rəqəmi artırmaq lazımdır.