1 Dekabr 2022 11:14
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Subasma zamanı təhlükəli vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi” mövzusunda gecə təlimi keçirib.
Bu barədə Teleqraf.com-a Nazirlikdən məlumat verilib.

Təlim Regional Mərkəzin xilasedicilərinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı mümkün subasmalar zamanı çevik reaksiya vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi xilasetmə vasitələri ilə şərti subasma nəticəsində “təhlükəli vəziyyətdə qalmış zərərçəkmişləri xilas edərək” təxliyəsini həyata keçiriblər.

Uğurla yerinə yetirilmiş təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər