3 Dekabr 2022 17:39
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan ərazisində aşkar edilmiş minaların və partlayış təhlükəli əşyaların əksəriyyətinin istehsalçısı Ermənistana məxsus, 1991-ci ildə yaradılmış “Ayk-Meq” MMC-dir".

Teleqraf.com xəbər verir ki, bu, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, Ermənistanın hərbi sənayesi sahəsində mühüm rol oynayan bu şirkət paytaxt İrəvanda yerləşir. Şirkətin istehsal etdiyi PMN-E, PMN-2, POMZ-2, OZM-72, MON-50 və PFM-1 tipli piyadalar əleyhinə minalar 2016–cı ildə Ermənistanda keçirilmiş ArmHiTec2016 müdafiə sənayesi sərgisində nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər