Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Bayraq Günü ilə bağlı sensasion fərmanının mətni yayılıb.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, Vasif Talıbov bu sərəncamla 17 noyabrı Naxçıvan Muxtar Respublikasında “Dövlət Bayrağı Günü” elan edib.
V.Talıbov bu fərmanı 2014-cü ildə imzalayıb və həmin tarixdən Naxçıvanda 17 noyabr (1991-ci il 17 noyabrda Naxçıvan Ali Məclisində Üçrəngli bayrağın ilk dəfə qaldırılmasına görə - red.) Bayraq Günü kimi qeyd edilir.
Zəruri olaraq bildirək ki, Azərbaycanda Dövlət Bayrağı Günü 9 noyabrdadır. Bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu ildə imzaladığı sərəncamla qeyd edilir.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü ildə fərman imzalayaraq, 17 noyabrı Naxçıvanda Dövlət Bayraq Günü elan etməsi isə qanunsuzluqdur. Çünki Naxçıvan Azərbaycanın anklavıdır və Azərbaycan Respublikasında iki Bayraq Günü ola bilməz.
Xatırladaq ki, Azərbaycanda 17 Noyabr tarixi Milli Dirçəliş Günüdür.