7 Dekabr 2022 16:10
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd əməkdaşların yanğınla mübarizə, o cümlədən yanğın zamanı zərərçəkmişlərin xilas edilərək təhlükəsiz əraziyə təxliyə edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi, qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti yanğın baş vermiş binada yanğınla mübarizə tədbirləri, o cümlədən “zərərçəkmişlərin təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi” üzrə əməliyyatlar, həmçinin qarşıya qoyulmuş digər tapşırıqlar uğurla icra edilib.

Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com