“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Teleqraf.com xəbər verir ki, gələn il həm yaşayış minimumunun, həm də ehtiyac meyarının artacaq. İlk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və hər ikisi 246 manat təşkil edəcək.
Deputatlar qanun layihəsini dəstəkləyib.