"Bu il müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 16 632 ürək-damar əməliyyatı aparılıb".
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, onlardan 184-ü uşaqlar üzərində icra olunub: "Bundan başqa, Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində 18 yaşdan yuxarı şəxslər üzərində 394, uşaqlar üzərində isə 177 ürək əməliyyatı icra olunub. Bir zamanlar ölkəmizdə aparılması mümkünsüz olan çox çətin ürək əməliyyatlarını artıq bir neçə tibb müəssisəsində yerli cərrahlarımız uğurla icra edir".