Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 648 milyon 799 min 63 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 652 min 297 nəfər COVID-19-a yoluxmanın nəticələrindən dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.