15 Dekabr 2022 15:22
263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün xüsusi alqoritm əsaslı çat sisteminin tətbiqinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, komitənin rəsmi veb səhifəsində, elektron xidmətlər portalında və mobil tətbiqində çat-bot vasitəsilə gömrük xidmətləri ilə bağlı suallarınız artıq qısa vaxt ərzində cavablandırılacaq.

Bunun üçün qurumun internet səhifəsində və mobil tətbiqində “çat-bot” pəncərəsinə daxil olmaqla ad, soyad və elektron poçtu qeyd etmək kifayətdir.

"Bu yenilik vətəndaşlar üçün xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, gömrük xidmətləri ilə bağlı yaranan sualların operativ və müfəssəl cavablandırılmasını təmin edəcək", - deyə komitə bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər