17 Dekabr 2022 14:20
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək.

Teleqraf.com-un məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

O qeyd edib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: “Bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb. Gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb. Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər