18 Dekabr 2022 16:38
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa, Kəlbəcər və Laçında olan hava şəraiti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şuşa, Kəlbəcər və Laçında dekabrın 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyə yaxın şaxta olacaq.

Dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Dekabrın 19-da hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, axşam havanın tutulacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyə yaxın şaxta təşkil edəcək.


Müəllif: Teleqraf.com