Mingəçevirdə mənzildə meyit tapılıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.