15 Dekabr 2014 16:10
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın"Nabran Holiday Villarge" istirahət mərkəzində baş verən hadisə nəticəsində ciddi xəsarət almış İmran Cəfərzadənin anası mərkəzin sahibi, sabiq deputat Nizami İsgəndərovdan 1 milyon 600 min məbləğində təzminat tələb etməyi ilə bağlı iddialara aydınlıq gətirib.

İ.Cəfərzadənin anası Nuridə Cəfərova Publika.az-a bildirib ki, məhkəməyə müraciət etsələr də, təzminatın məbləğini konkret göstərməyiblər. Onun sözlərinə görə, bu vaxta qədər həmin istirahət mərkəzi tərəfindən heç bir təzminat ödənilməyib.


“Məhkəmənin qərarına əsasən, təzminat ödənilməsi müəyyən edilmişdi. Lakin heç kim ödəniş etməyib. Buna görə də, uzun müddətdir Apelyasiya Məhkəməsinə müraciət etmişik. Lakin bu barədə də yekun nəticə yoxdur. Atamın 1 milyon təzminat istəməsi barədə yazırlar, lakin bu, həqiqət deyil. Məhkəməyə təqdim etdiyimiz sənəddə bu vaxta qədər İmranın müalicəsi üçün çəkilən xərc, bundan sonra tələb olunanlar - 25 yaşına qədər protezin dəyişdirilməsi, reabilitasiya və digər xərclər qeyd edilib. Lakin konkret məbləğ qeyd edilməyib. Bizim Apelyasiya Məhkəməsinə təqdim etdiyimiz sənədlər əsasında təzminat ödəməli idilər. Bu vaxta qədər heç nə etməyiblər”.

İmranın hazırkı vəziyyətinə toxunan N.Cəfərova bildirib ki, bir ay əvvəl oğlunun sağ ayağındakı protez dəyişdirilib, sol ayağına isə karset taxılıb:

“Üzgüçülüyə gedirdi, bu zaman İmran həm idmanla məşğul olur, həm də inkişafına təsir edir. Almaniyaya getdiyimizə görə, üzgüçülüyü dayandırmışdıq, yanvar ayından yenidən davam edəcəyik”.

Qeyd edək ki, mətbuatda İ.Cəfərzadənin ailəsinin "Nabran Holiday Village" istirahət mərkəzinin sahibi Nizami İsgəndərovdan 1 milyon 600 min manat təzminat tələb etməsi barədə məlumat yayılıb.


Müəllif:

Oxşar xəbərlər