Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 97,2 min nəfər və ya 1 faiz artaraq 2014-cü il noyabr ayının 1-nə olan vəziyyətə görə 9 574,3 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir.
Cari ilin ilk 10 ayı ərzində ölkədə 142,6 min körpə dünyaya göz açıb və ötən ilin müvafıq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə qalıb (18,1). Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 46,2 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 5,9 olub.
İLHAMƏ