23 Dekabr 2022 12:34
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siz dediniz ki, burada bəzən hüquqlar pozulur, çıxış etmək imkanı olmur. Burada heç vaxt söz kəsilməyib. Əgər müzakirələr kəsilibsə, bu hamının razılığı ilə olub. Kimsə çıxış etmək istəyirsə, ona söz verilir. Xahiş edirəm bunu nəzərə alın”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deputat Erkin Qədirlinin narazılığına cavab olaraq deyib.

Qeyd edək ki, bundan əvvəl deputat Erkin Qədirli parlamentin bu gün keçirilən iclasında çıxış etmək üçün heç də həmişə şərait yaradılmadığını bildirib.

Deputat bildirib ki, çıxış etmək üçün yazılıbmış: “Amma israr da etmirəm. Lazım olanda çıxış etmək imkanı da yaranmayıb. Hamının danışmaq hüququ var. Birinci dəfə deyil ki, mən çıxışa yazılanda səsə qoyulmaq tələbi qoyulur. Bu yalnız mənə görə olmur, başqa hallarda da olur. O səbəbdən də bəzən bizim çıxış etmək imkanımız olmur”.


Müəllif: Nemət

Oxşar xəbərlər