24 Dekabr 2022 22:55
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti alzheimer xəstəliyinin əlamətlərini təyin edə biləcək qan testi dəstini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, yeni qan testi dəsti Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi (MHLW) tərəfindən qəbul edilib.

“Sysmex” şirkəti tərəfindən istehsal edilən diaqnostik dəst alzheimer xəstələrinin beyinlərindəki “amiloid beta” zülalın miqdarını ölçəcək. Test dəsti erkən diaqnoz və müalicə təklif edəcək.

Beyindəki sinir hüceyrələrində tıxanmaya səbəb olan anormal zülal olaraq bilinən “amiloid beta” alzheimer xəstəliyinin əlaməti olaraq bilinir.

“Sysmex” şirkəti məhsulun dərhal satışa çıxarılmasına və onun Yaponiyanın milli tibbi sığortasına daxil edilməsinə hazırlaşır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər