26 Dekabr 2022 17:38
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə hazırlanan sənədlər toplusu hökumətə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyinin hesabat iclasında deyib.

Nazir bildirib ki, Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan Komissiyanın katibliyi Səhiyyə Nazirliyinə tapşırılıb: "Sərəncamda qeyd olunan tapşırıqların icrası məqsədilə dərman vasitələrinin qeydiyyatı prosesi, sektorun rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə araşdırılaraq hazırlanmış sənəd toplusu aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq üçün təqdim olunub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər