Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar paytaxtın Binəqədi və Xəzər rayonlarında keçirilib.
Binəqədi rayonu üzrə 15, Xəzər rayonu üzrə isə 19 müraciət qəbul olunub.
Əsas müraciətlər məktəblərin təmiri, əlavə korpusların tikilməsi, istilik və mühafizə sistemləri, təhsil müəssisələrinin birnövbəli sistemə keçməsi, idman zallarının müasir avadanlıqla təchizatı ilə bağlı olub.
Müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin nümayəndələri tərəfindən öyrənilib, idarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.