Kanadanın Vankuver şəhərinin sakini mənzilini qarət etməyə gələn oğrunu evindəki divanda yatmış vəziyyətdə aşkar edib. Bu barədə Trend “Lenta.ru” saytına istinadən xəbər verir.
Adı açıqlanmayan ev sahibi bundan bərk qorxub və polis çağırıb. Hadisə yerinə gələn asayiş keşikçiləri uğursuz oğrunu həbs ediblər.
Sonradan məlum olub ki, oğru mənzilə girdikdən sonra doyunca yeyib, oğurlamaq istədiyi əşyaları çantasına yerləşdirib və bir az mürgüləməyi qərara alıb.
Polis nümayəndəsi cinayətkarın onu asayiş keşikçilərinin oyatmasından çox təəccübləndiyini deyib. Yaxın vaxtlarda həmin şəxs məhkəmə qarşısına çıxarılacaq.