Arxeoloqlar Anadoluda müasir Türkiyə ərazisində indiyədək aşkar olunan əmək alətlərinin ən qədimini tapıblar.
Alimlərin araşdırmalarının nəticələri London Universitetinin Royal-Hollouey Kollecinin saytında dərc edilib. Bu barədə Teleqraf.com Lenta.ru-ya istinadən məlumat verir.
Kvarsit süxurundan hazırlanan alətin hissələri qədim Anadolu ərazisində təsadüfən - ölkənin qərbindəki Gediz çayı sahilində daş materialların öyrənilməsi zamanı tapılıb. Alətin yaşının 1,17-1,24 milyon il olduğu deyilir.
Əgər alətin tapıldığı ərazidə hazırlandığı güman edilərsə, onda bu, insanların Asiyadan Avropaya 70 min il əvvəl deyil, daha əvvəl gəldiklərini göstərir.
Tədqiqatçıların qeyd etdikləri kimi, tapıntının yaşının müəyyən edilməsi üçün mütəxəssislər radioizotop vaxt qoyma üsulundan, həmçinin alətin aşkar edildiyi yerdə lava axınlarının paleomaqnit ölçməsindən istifadə ediblər ki, bu da kvarsitdən hazırlanmış alətin hissəsinin təxmini yaşını etibarlı şəkildə müəyyən etməyə imkan verir.