2 Fevral 2023 14:30
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN-in Şimal-qərb Regional Mərkəzinin akt zalında Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, milli dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, böyük siyasi xadim Heydər Əliyev çoxəsrlik tariximizə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olub. Dünyanın tanınmış şəxsiyyətləri arasında xüsusi yeri olan Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanda dövlətçiliyin ən şanlı və parlaq səhifələri ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir.

Tədbirdə Ulu Öndərin müdrik siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin bu gün bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması, söz sahibi olması xüsusi qeyd edilib.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.


Müəllif: Teleqraf.com