Artıq 8 gündürdü ki, Türkiyənin Malatya şəhərində güclü zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən xəbər yoxdur.
Teleqraf.com İTV-yə istinadla xəbər verir ki, Malatya şəhərində İnönü Universitetinin tələbələri Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin qaldığı binada xtarış-xilasetmə işləri davam edir, yeni texnikalar cəlb edilib.
Məlumata görə, aşağıda duran insanlara təhlükə yaratmasın deyə binanın dayaq divarı qaldırıcı kranlarla qaldırılmır. Divarlar hissə-hissə parçalanaraq əllə çölə daşınır.