16 Fevral 2023 13:08
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbə Samir Quliyevin cənazəsi Gədəbəy rayonunun İnəkboğan kəndinə gətirilib və dəfn olunub.

Teleqraf.com-un məlumata görə, dəfn mərasimində ailəsi, qohumları, Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbərliyi, kənd sakinləri iştirak edib.

Samir Quliyev kənd qəbiristanlığında dəfn edillib.

Qeyd edək ki, Samir Quliyev 2000-ci il də Gədəbəy rayonunun Qaramurad kəndində anadan olub. Ailədə 2 övlad olublar. O, uşaq ikən atasını itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər