Azərbaycan xalqı Türkiyədə baş verən dəhşətli zəlzələni öz faciəsi kimi qəbul edir və fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün bütün imkanlarını səfərbər edib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Spikerin sözlərinə görə, bu günlərdə iki xalq arasında qardaşlıq münasibətlərinin yeni numunələri müşahidə edildi:
“Həm dövlətlərarası, həm dövlət başçıları, həm də sadə insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olması həqiqətini bir daha sübut etdi. Əminliklə demək olar ki, qüdrətli bir dövlət kimi Türkiyə fəlakətin vurduğu yaraları tezliklə sağaldacaq və bu sınaqdan da şərəflə çıxacaq”.