“Türkiyədə baş verən hadisələrdə özəl sektorun fədakarlığını görürük. Dövlət qurumlarında investisiya məsələsini nə qədər tərifləsək də, onun effektiv olacağı barəsində təminatımız yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Milli Məclisin “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu vəsaitlər özəl sektora buraxılmalıdır: “Çünki hər hansı dövlət qurumunda bir nazir, bir məmur tərəfindən müəyyən edilən strateji hədəflər sabah gələn başqası tərəfindən dəyişdirilir. Bu gün bir xəstəxanaya belə yeni direktor təyin edilən kimi 20-30 ilin işçisini çölə atır. İnvestisiya məsələsi dövlətqurumlarında problemlər yarada biləcəyi üçün diqqətdən yayındırmamalıyıq”.
Fazil Mustafa qeyd edib ki, hər gün onlarla insan işsizliyə görə müraciət edir: “Verilən maaşlar qane etmədiyi üçün insanları işlə təmin etmək olmur. Düşünürəm ki, vəsaitlər müvafiq qurumlar vasitəsilə bu kimi məsələlərə ayrılmalıdır