Yeni istifadəyə verilən "Heydər" məscidinə axund, imam təyin olunması ilə bağlı mediada məlumatlar yayılıb.
Teleqraf.com-un xəbərinə görə, məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, "Heydər" məscidinə axund, imam vəzifələrinə heç bir təyinat olmayıb:
“Yayılan informasiyalar həqiqətə uyğun deyil. Ehtimal ki, bu dezinformasiya həmin mövqeyə iddialı olan maraqlı qüvvələr tərəfindən məqsədyönlü şəkildə yayılan təxribatdır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının təqdimatı və İdarə sədrinin müvafiq əmri olduqdan sonra bu məsələ barədə elan edilə bilər”.
BƏXTİYAR