22 Mart 2023 11:53
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə 90 yaşlı kişi itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlu martın 16-sı səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Müəllif: Teleqraf.com