1 Aprel 2023 16:55
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, saxlanılan İran vətəndaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər