5 Aprel 2023 19:28
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ali təhsilin uğuru üçün mühüm təməl: auditoriyada müasir məşğələlər” mövzusunda təlim-seminar keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlının, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi seminarda Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti, təhsil üzrə mütəxəssis Asif Cahangirov geniş təqdimatla çıxış edib.

Tədbirdə rektor, professor Mustafa Babanlı öncə tanınmış təhsil bilicisi Asif Cahangirov haqqında iştirakçılara məlumat verib, onun ölkəmizdə təhsil sahəsində göstərdiyi xidmətlərdən, əldə etdiyi uğurlardan və təhsilə verdiyi töhfələrdən danışıb. Bildirib ki, A.Cahangirovun seminarları, mühazirələri dünyanın ayrı-ayrı ölkələrində də təhsi ictimaiyyəti tərəfindən dinlənilir, yüksək amaraqla qarışlanılır, nümunə göstərilir.

Böyük auditorya qarşısında geniş təqdimatla çıxış edən təhsil üzrə mütəxəssis Asif Cahangirov ilk növbədə öz təcrübəsini iştirakçılarla bölüşüb. Sonra o “Ali təhsilin uğuru üçün mühüm təməl: auditoriyada müasir məşğələlər” mövzusunda geniş təqdimatla çıxış edib. 3 hissədən ibarətən olan mövzuda müasir dövrdə ali təhsillə bağlı bir çox vacib məqamlara toxunulub. Müasir çağrışlara və imkanlara uyğun olaraq təhsil və tədrisin təşkili, təhsil proqramlarının və layihələrin icra mexanizmi və hazırlıqlı mütəxəssislər yetişdirmək üçün təhsil müəssisələri və müəllimlər tərəfindən daimi diqqətdə saxlanılan və inkişafı vacib olan məqamlardan söz açılıb.

Tanınmış təhsil mütəxəssisi təqdimatda həmçinin müəllimlər üçün zəruri olan peşəkarlıq və səriştəlilik məsələlərinə toxunaraq pedaqoji fəaliyyətdə bu meyarların müəllimi əsl yaradıcı, novator və peşəkar kimi xarakterizə edən əsas keyfiyyətlərdən olduğunu bildirib. Təlim-seminarda keyfiyyətli və qabaqcıl təhsil və tədrisin təşkili üçün vacib olan əsas məqamlar, həmçinin çatışmazlıqlardan da bəhs olunub, ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin müasir çarışlara uyğunlaşdırılması, təhsili idarəetmə sisteminin çevik qurulması, tədris proqramlarının idarə olunması ilə bağlı məsələlərdən bəhs olunub.
Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarışlanan seminar sual-cavabla davam edib. ADNSU-nun peşəkar müəllim heyəti və gənc mütəxəssisləri tanınmış təhsil bilicisinə mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Qarşılıqlı diskusiya formatında keçirilən seminarda irad və təklflər səslənsdirilib, yeni yanaşmalar, müasir hədəflər müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər