19 Aprel 2023 23:30
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 12 958 sertifikat verib

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Tviterdə bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Yanvar-mart aylarında verilmiş mənşə sertifikatlarının 9 325-i "CT-1" formalı, 3 299-u "Ümumi" formalı, 334-ü "A" formalı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər