20 Aprel 2023 16:23
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sabah adəti üzrə Təzə Pir məscidində bayram namazına qatılacaq.

Bunu Teleqraf.com-a açıqlamasında QMİ-nin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O qeyd edib ki, bayram namazı məscidlərdə fərqli saatlarda qılınacaq: “Təzə Pir məscidində saat 09:00-da, Heydər və Əjdərbəy məscidlərində isə saat 08:00-da bayram namazı qılınacaq. Əgər bu məscidlərə əhali çox gələrsə, təkrar bayram namazı qılınacaq. Məscid rəhbərliyi, imamlar, icma sədrləri namazı 30 dəqiqə, 1 saat fərqli vaxtlarda qıldıra bilərlər. Bu, gələn camaata bağlıdır. Bayram namazının saatının seçilməsi məscidlərin icma rəhbərləri və imamların öhdəsinə buraxılıb”.

Bu gün açılışı olan “Cümə” məscidində bayram namazının qılınmasına gəlincə, QMİ rəsmisi bu məsələnin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzimləndiyin deyib: “Sabah o məsciddə namazın qılınıb-qılınmayacağından xəbərsizəm. Ola bilsin ki, orada bəzi hazırlıqlar olunmayıb. Amma qalan bütün məscidlərdə bayram namazı qılınacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər