8 May 2023 12:21
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş vermiş zəlzələdə, yanğınlarda, eləcə də digər ölkərdə əməkdaşlarımızın iştirakı o deməkdir ki, Azərbaycanda yaradılan bu qurum - Fövqəladə Hallar Nazirliyi tək Azərbaycan ərazisində deyil, beynəlxalq xilasetmə işlərində də yaxından iştirak edir.

Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

O qeyd edib ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar nazirliyin 940 nəfər əməkdaşı qardaş ölkəyə ezam olunub. Onlar orda müxtəlif səpkili yardımlar göstəriblər.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblilər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılması və onlara dəstəkdir.

Müsabiqəyə "Rəsm", "Plakat", "Əl işi", "Yanğın və xilasetmə texnikasının modeli", "Yumşaq oyuncaq" nominasiyaları üzrə işlər təqdim olunub.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər